Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sivasspor''un prezidenti ''Qarabağ''la oyundan danışdı

''Sivasspor''un prezidenti ''Qarabağ''la oyundan danışdı

Tarix: 6 Noyabr 2020 14:10

Əvvəlki matçlarda qollar vursaq da, təəssüf ki,  qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, yerli mətbuta açıqlamasında Çempionlar Liqasının 3-cü turunda "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edən "Başakşəhər" klubunu təbrik edib: "Onların qələbəsi bizə motivasiya verdi. İnşallah, "Qarabağ"la növbəti oyunda da 3 xal qazanarıq. Ən əsas "Makkabi" ilə səfərdəki oyunumuzdur. Çünki burada onlara layiq olmadığımız şəkildə məğlub olmuşuq. Həmin görüşdə də qalib gələrək qrupdan çıxmağı hədəfləyirik".

Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq.


Etiketlər:  Sivassporun prezidenti Qarabağla oyundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ