Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 19:18
Azərbaycanın işğal edilən Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib. Hətta qəbiristanlıqlar vandalizm və barbarlığa məruz qalıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.
O bildirib: "Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan Azərbaycanın bütün izlərini silməyə çalışıb".