Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çatdakı mesajların fərdi silinməsinə son: Whatsapp-a çoxdan gözlənilən funksiya gəlib

Çatdakı mesajların fərdi silinməsinə son: Whatsapp-a çoxdan gözlənilən funksiya gəlib

Tarix: 7 Noyabr 2020 21:40

Çox zaman istifadəçilər messencerlərdəki çatlarda göndərdikləri vacib olmayan mesajları fərdi şəkildə silməli olurlar. Whatsapp-ın yeni funksiyası isə bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Belə ki, həmin yeni funksiya sayəsində göndərilən mesajlar avtomatik olaraq silinəcəklər. Bu barədə Slashgear saytı xəbər verib. Söhbət, Disappearing Messages rejimindən gedir. Bu rejimin aktivləşdirilməsindən sonra çatda göndərilən bütün mesajlar 7 gündən sonra avtomatik olaraq silinəcəklər.

Məlumata əsasən əgər göndərilmiş mesajı oxumuş şəxsdə bu rejim aktivləşdirilməyibsə göndərilmiş mesaj silinməyəcək. Bundan əlavə olaraq qrup çatlarındakı mesajların avtomatik silinməsi funksiyasını yalnız qrup adminləri aktivləşdirə bilərlər. Bundan əlavə olaraq avtomatik silinməsi planlaşdırılan hansısa mesaja reply olunsa həmin reply mesaj da olduğu kimi qalacaq. Sözügedən yeni funksiya artıq bir sıra regionlarda aktivləşdirilib bu ayın sonuna kimi dünyadakı bütün Whatsapp istifadəçiləri üçün təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Çatdakı mesajların fərdi silinməsinə son Whatsapp a çoxdan gözlənilən funksiya gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ