Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 23:15
Orqanizmə artıq mayenin yığılması insanın sağlam həyat tərzinə mənfi təsir edir. Şişkinlik, köpmə orqanizmdə artıq mayenin yığılmasının əlamətlərindən biridir. Orqanizmdə artıq su yığıldıqda üz daxil olmaqla bütün bədəndə şişkinlik əmələ gəlir. Şişkinliyin əmələ gəlməsi orqanizmin çox su qəbul eləməsinin əlaməti deyil. Bu böyrəklərin suyu süzüb çıxarmaq qabiliyyətinin azalmasıdır. Dünya Səhiyyə Təşkilatı orta yaşlı kişiyə gün ərzində 3,7 litr, qadınlara isə 2,7 litr su içməyi norma hesab edir. Bu normanı isə 30% insan sağlam şəkildə qəbulı edib, orqanizmdən xaric edə bilir.
Əgər orqanizm qəbul etdiyi suyun hamısını çıxara bilmirsə, o zaman qanda natriumun miqdarı artır. Bu sizin ürək-damar, hormonal və böyrək sisteminizdə müxtəlif problemlərin əmələ gəlməsinə səbəb olur. Bu zaman siz su içməkdən qorxmayın, amma, müxtəlif təbii vasitələrin köməyi ilə qəbul etdiyiniz suyu orqanizminizdən xaric etməyə çalışın. Bunun üçün aşağıdakı vasitələrdən istifadə edin:
1. Uzanarkən ayaqlarınızı hündürə qaldırın. Bu zaman hər iki ayağınızı yuxarı qaldırın və suyun aşağı ətraflarda yığılıb qalmasının qarşısını alın.
2. Duzdan az isitfadə edin. Çalışın dadlandırmaq üçün duz əvəzinə pozmarin, timyan və müxtəlif ətirli bitkilərdən istifadə edin.
3. Şirniyyatdan az istifadə edin. Bu barədə ən çox diabetiklər risk alıtında sayılırlar. Şirniyyatlar orqanizmdə insulun ifrazının artmasını tələb edir və orqanizmin suya olan təlabatını artırır.
4. Ürəyiniz çox yananda banan, ispanaq və ya başqa şəkəri az olan meyvə-tərəvəzlərdən istifadə edin.
5. Cəfəri çayı için. Bu sizin orqanizminizdən artıq mayenin çıxmasını sürətləndirir.
6. Bir-neçə stəkan suya olan ehtiyacınızı qırmızı yemişan şirəsi ilə əvəz edə bilərsiniz.
7. Sarımsaq yemək orqanizmdəki infeksiyaları öldürməklə yanaşı artıq mayenin də xaric olmasına yardım edir.
8. Piyada gəzinti, üzgüçülük, velosiped sürmək sizin ürək yanğınızı azalda bilər və siz qəbul etdiyiniz suyun miqdarını azalda bilərsiniz.
Əgər yuxarıda yazdıqlarımız sizin suya olan ehtiyacınızı azaltmırsa və siz tez-tez su içib köpürsünüzsə, o zaman mütləq həkimə müraciət edin.