Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp yenidən seçkilərdə qalib gəldiyini bildirib

Tramp yenidən seçkilərdə qalib gəldiyini bildirib

Tarix: 8 Noyabr 2020 02:28

Bakı. Trend:

ABŞ-ın hazırkı prezidenti Donald Tramp 71 milyon qanuni səs toplayaraq seçkilərdə qalib gəldiyini bəyan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp özünün "Twitter" səhifəsində yazıb.

ABŞ-ın hazırkı prezidenti bildirib: "Mən 71 milyon qanuni səs toplayaraq seçkilərdə qalib gəldim. 71 milyon qanuni səs".

Qeyd edək ki, bir sıra KİV-lərin məlumatına əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı 213-ə bərabərdir.


Etiketlər:  Tramp yenidən seçkilərdə qalib gəldiyini bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ