Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden ABŞ-ın dünyadakı rolunu bərpa etmək niyyətindədir

Bayden ABŞ-ın dünyadakı rolunu bərpa etmək niyyətindədir

Tarix: 8 Noyabr 2020 06:56

Bakı. Trend:

Aparıcı KİV-lərin proqnozlarına görə ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Demokratlar partiyasından namizəd Cozef Bayden ölkəsinin dünyadakı rolunu bərpa etmək niyyətindədir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə C.Bayden Delaver ştatında çıxışı zamanı bildirib.

ABŞ prezidenti vəzifəsinə namizəd deyib: "Mən bu vəzifəyə Amrikanın ruhunu sağaltmaq, bu ölkənin əsasını - onun orta təbəqəsini - bərpa etmək, və Amerikaya dünyada yenidən hörmət edilməsini təmin etmək üçün nail olmağa çalışmışam".

C.Bayden qeyd edib ki, ölkənin cəmiyyətini birləşdirmək və Amerikanın dünyadakı rolunu bərpa etmək niyyətindədir:

"Xalq sözünü dedi və biz seçkilərdə böyük bir qələbə qazandıq. Biz qələbəni prezident seçkilərində ən çox - 74 milyon səs alaraq qazandıq. Mən cəmiyyəti bölən deyil, birləşdirən prezident olacağıma söz verirəm".

C.Bayden həmçinin ABŞ-da irqçiliyə son qoyulması üzərində işləyəcəyi və noyabrın 9-u pandemiya ilə mübarizə üçün ekspertlər qrupu təyin edəcəyinə dair söz verib.


Etiketlər:  Bayden ABŞ dünyadakı rolunu bərpa etmək niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ