Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 16:28
Məlum olduğu kimi, Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan edəndən sonra Bakı küçələrində əhval-ruhiyyə daha da artıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaşlar küçələrə çıxaraq sevinc hisslərini bölüşürlər.
Bundan başqa, iaşə obyektlərindən biri - "Bəyaz" restoranı maraqlı aksiya həyata keçirib. Belə ki, restoran işçiləri stol-stulu küçəyə çıxararaq süfrə açıb. Restoran sahibi insanlara təmənnasız yemək təklif edir.
Azadlıq prospektində yerləşən həmin məkana musiqiçilər də dəvət edilib.