Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü maqnit dalğası günləri gəlir - 2020-ci ilin ən çətin tarixi

Güclü maqnit dalğası günləri gəlir - 2020-ci ilin ən çətin tarixi

Tarix: 16 Noyabr 2020 07:15

2020-ci il üçün ən güclü hesab olunan maqnit dalğası günləri barədə xəbərdarlıq olunub. Bu, 20-22 noyabr tarixlərinə təsadüf edir.

Günəşdə baş verən partlayışlar səbəbindən Yerə təsir maqnit dalğası yaradır.

Alimlər qeyd edir ki, bu 2 gündə qeyd olunacaq dalğalar hətta bir neçə il idi qeydə alınmırdı.

Sonxeber.net maqnit dalğalarının orqanizmə təsirindən qorunmağın yollarını təqdim edir.

Noyabr ayı boyu Günəşdə 29 dəfə partlayış baş verib ki, bu Günəşin son 3 ildə ən aktiv dövrü hesab olunur. Meteohəssas insanlar üçün noyabr ayı gərgin keçib.

Qarşıdan 2 daha meqa güclü meteo dalğa gəlir.

Maqnit dalğaları zamanı təzyiq qalxır, enir, müxtəlif xroniki ağrılar kəskinləşir, baş ağrıları olur, ürəkdə ağrılar başlayır. İnsan özünü qəribə hiss edir.

Xüsusən ürək, təzyiq xəstələri, nevroz olanlar əziyyət çəkir.

Maqnit tufanları günlərində orqanizmi aktiv saxlamaq, idman etmək, açıq havada çox olmaq, maye,su içmək lazımdır, xəstələr lazımi dərmanlarını atmalıdır.

İçki və siqaret olmaz və ya azaltmaq lazımdır.
Yağlı, qızardılmış xəmir və ət xörəkləri yeməyin.
Çalışın tez yatasız.
Əsəbləşmək olmaz. /medicina.az


Etiketlər:  Güclü maqnit dalğası günləri gəlir 2020 ilin çətin tarixi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ