Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 22:12
Bir çox hallarda vergiödəyiciləri ƏDV qeydiyyatının ləğvi ilə bağlı müəyyən suallarla üzləşirlər.
Sonxeber.net xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, vergiödəyicisinin ƏDV qeydiyyatının ləğvi qeydiyyata durmaq qədər asan proses deyil.
İqtisadçı qeyd edib ki, vergi qanunvericiliyinə əsasən, vergiödəyicisinin ƏDV qeydiyyatından imtina etməsi üçün mütləq müəyyən şərtlər gözlənilməlidir. Bu zaman aşağıdakı 2 şərt çox önəmlidir:
- 12 təqvim ayında vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100.000 manatdan az olmalıdır
- ƏDV məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən ən azı 1 il keçməlidir.
A.Bayramov, həmçinin deyib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.