Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda son sutkada 482 nəfər koronavirusdan ölüb

İranda son sutkada 482 nəfər koronavirusdan ölüb

Tarix: 17 Noyabr 2020 15:00

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 13 352 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 788 473 nəfərə çatıb. Virus daşıyıcılarından 5 691 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən sutka ərzində İranda 482 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 42 461 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, İranda indiyədək 570 774 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 5,58 milyondan çox diaqnoz testi həyata keçirilib.

Sadat Lari deyib ki, İranın 27 vilayəti qırmızı zona, 4 vilayəti isə narıncı zona hesab olunur.


Etiketlər:  İranda sutkada nəfər koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ