Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 1 139 nəfər sağalıb, 20 nəfər vəfat edib

Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 1 139 nəfər sağalıb, 20 nəfər vəfat edib

Tarix: 17 Noyabr 2020 16:24

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 1 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 56894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21259 nəfərdir.

Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər COVID yoluxub nəfər sağalıb nəfər vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ