Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vikipediyada Türk dünyası ilə bağlı məlumatlar zənginləşdirilir

Vikipediyada Türk dünyası ilə bağlı məlumatlar zənginləşdirilir

Tarix: 17 Noyabr 2020 20:12

Bakı. Trend:

“Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Məqsədimiz türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün daha əlçatan etmək və müvafiq sahədə informasiya bazasını genişləndirməkdir. Demək olar ki, layihə çərçivəsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə yaradılıb.

Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

“Könüllülər tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində Xəzər xaqanının qızı Çiçək, I Şah Abbasın Kartli və Kaxetiyaya yürüşləri, Baxtrioni üsyanı, On üçüncü qəbilə (Artur Kostler), Uzlar, Xəzər yazışmaları və Kurikanlar haqqında məqalələr yaradılıb. “Türk dünyası “Vikipediya”da” layihəsi davam edəcək. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq”, - deyə R.Əhmədov bildirib.

Qeyd edib ki, Türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə yaradılıb.


Etiketlər:  Vikipediyada Türk dünyası ilə bağlı məlumatlar zənginləşdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ