Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD-19-a yoluxmanın çoxalması dövlətin yükünü xeyli artırır - Baş infeksionist

COVİD-19-a yoluxmanın çoxalması dövlətin yükünü xeyli artırır - Baş infeksionist

Tarix: 18 Noyabr 2020 10:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda COVİD-19-a yoluxma sayındakı artımın davam etməsi dövlətin, xüsusən də səhiyyənin yükünü xeyli artırır.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma sayındakı yüksək göstəricilər bir çox ölkələrdə müşahidə olunur.

Baş infeksionist qeyd edib ki, yoluxma sayında olan artım gözlənilən idi və bu, hələ yay aylarında proqnozlaşdırılmışdı.

T.Eyvazov əlavə edib ki, yoluxma sayındakı artımla bağlı vəziyyətdə iqlim faktorları ilə yanaşı, əhalinin müvafiq gigiyena qaydalarına nə dərəcədə əməl etməsi də çox önəmli rol oynayır:

"Biz yeni koronavirus infeksiyasının gedişini yaz-yay aylarında izləyə bildik. İndi isə payız-qış mövsümüdür. Biz bu dövrü ilk dəfədir ki, izləyirik və buna görə də gözlənilən vəziyyətlə bağlı proqnoz vermək çox cətindir".


Etiketlər:  COVİD yoluxmanın çoxalması dövlətin yükünü xeyli artırır Baş infeksionist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ