Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 16:09
44 günlük II Qarabağ Müharibəsi dövründən Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini artıq açıq şəkildə nümayiş etdirməyə başlayıb. Fransa lideri Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, ölkəmizə qarşı beynəlxalq sanksiyaların və cəza tədbirlərinin həyata keçirilməsi üçün özünü çox yordu. Minsk Qrupunun həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar.
Türkiyənin qisasını Azərbaycandan almaq istəyirlər - Əsas məsələni unudublar... - FOTO
Ermənistanın "demokratiyanın beşiyi"ndəki yeri...
Ermənistanın ən böyük lobbi dairələrinin Amerika, Fransa və Rusiyada yerləşdiyi heç kimə sirr deyil. Ermənilər tarix boyu havadarları üçün məqsədlərinə çatmaqda bir vasitə olub. Buna misal olaraq ABŞ-ın hazırkı prezidenti Donald Trampın seçki kampaniyası çərçivəsində ikinci dəfə ABŞ-a rəhbərlik etməyində böyük pay sahibi olacağını düşündüyü erməni lobbisinin təsir imkanlarından istifadə etmək məqsədi ilə haylar barədə dediyi yüksək fikirləri xatırlamaq kifayətdir. Fransa hökuməti və şəxsən Makronun işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək verməsinin altında yatan əsas amil də məhz Fransanın erməni lobbisinin ciddi təsiri altında olmasıdır. Bütün bu söylədiklərimiz onu göstərir ki, Fransanın hazırkı rəhbərliyinin məqsədi erməniləri özlərindən küsdürməmək və onların dəstəyini əldə etmək üçün atılan planlı addımlardan başqa bir şey deyil.
Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması demokratiyanın beşiyi adlandırılan Fransanın terrorzimə, işğalçılığa, kriminal rejimə verdiyi qiymətin daha bir nümunəsidir. Belə bir təşəbbüsün Fransa prezidenti Emmanuel Makronun başı altından çıxdığına zərrə qədər də şübhə yoxdur. Beynəlxalq hüququ və BMT qətnamalərinin icra edilməsində Azərbaycanın qarşısını almaqda aciz qalan Fransa, görünür, Qarabağ ermənilərinə yardım etmək üçün son çıxış yolunu belə provokativ addımda görür. Bununla da Fransa beynəlxalq hüququ tanımadığını əməli fəaliyyəti ilə sübut edir. Paris işğalçı Ermənistana himayədarlıq etməklə öz xislətini açıq-aydın göstərir. Lakin Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bununla da Fransa regionda və dünyada itməkdə olan nüfuzunu geri qaytarmaq istəyir. Bu da Fransa hakimiyyətinin hələ də yeni reallığı qəbul edə bilmədiyini açıq göstərir. Amma Fransanın sentyabrın 27-dən Ermənistanın kapitulyasiyasının rəsmiləşdiyi günə (10 noyabr) kimi anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya sübut etdi.
Fransa və Ermənistanın bənzərliyi...
Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Belə ki, Əlcəzairdə törətdiyi soyqırımın cəzasını almayan rəsmi Paris, işğalçı Ermənistana himayədarlıq etməklə öz siyasətinin qayəsini açıb ortaya qoyur. Susmasının və himayədarlığının səbəbi Ermənistanla eyni xislətdə olduqlarından irəli gəlir.
Bu faktlar özü özlüyündə Makronun Paşinyan və digər sələfləri kimi Avropada Hitlerin davamçısı olduğunu deməyimizə əsas verir. Faşizmin buynuzu olmur. Faşist digər ölkələrin ərazisini işğal edir, qətillər törədir, milli, dini-irqi ayrı-seçkilik aparır. Necə ki, bu gün Fransa və Ermənistan bunu edir. 1987-1988-ci illərdən azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində bu gün imperalizmin laboratoriyası olan Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı yoxdur. Azərbaycanda isə mənzərə tamamilə fərqlidir.
Hər kəs çox gözəl bilir ki, işğalçı Ermənistan istər beynəlxalq norma və prinsiplər baxımından, istərsə də güc amili cəhətdən Azərbaycanın qarşısında duruş gətirə bilməz. Amma Ermənistana işğalçılıq dərsini keçən Fransa Azərbaycanı haqsızlıqda suçlayır. Sərhəd olduğu dörd ölkədən üçünə (Azərbaycan, Gürcüstan və Türkiyəyə) qarşı ərazi iddiasında olaraq region və dünya üçün təhlükə mənbəyinə çevrilən Ermənistanın bu əxlaqsızlığı haradan öyrəndiyi artıq gün kimi aydındır.
Təhməz Əsədov