Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qaranlıq bir gün idi” - Löv 0:6-nı şərh etdi

“Qaranlıq bir gün idi” - Löv 0:6-nı şərh etdi

Tarix: 18 Noyabr 2020 17:46

Etdiyimiz heç bir şey alınmadı. Bizim üçün qaranlıq bir gün idi. Bu gün hər baxımdan rəqibdən pis idik.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv Millətlər Liqasının 6-cı turunda İspaniyaya 0:6 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının rüsvayçı məğlubiyyətini belə şərh edib: "İkinci hissədə oyuna qayıtmaq üçün təzyiq göstərməyə çalışdıq. Ancaq İspaniya daha yaxşı, daha sürətli və daha dəqiq oynadı. Heç bir şansımız yox idi. Sonda geri çəkilməyə məcbur olduq. Bu böyük xəyal qırıqlığını təhlil etməli və nələri dəyişməli olduğumuza baxmalıyıq.

İşimdən ayrılacam? İşimə görə narahat olub-olmamağımı başqalarından soruşmalısız.
Əlbətdə ki, həll yolu axtarmaq istəyim var.  Bu mənim borcumdur. Yenə də bu oyunçulara etibar edirik".


Etiketlər:  Qaranlıq gün Löv şərh etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ