Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2019 12:08
Bakı. Elnur Bağışov - Trend:
İranda sabahadək uranın 3,67%-lik zənginləşdirməni ötəcəyi proqnoz edilir.
Bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi mətbuat konfransında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.
B.Kamalvəndinin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri sabah İranın zənginləşdirdiyi urandan nümunələr götürəcəklər.
Kamalvəndi zənginləşdirilən uranın hansı faizdə olacağını açıqlamayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin