Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır - ''Azərişıq'' Qarabağda! (FOTO)

Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır - ''Azərişıq'' Qarabağda! (FOTO)

Tarix: 19 Noyabr 2020 16:12

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC
işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə
təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər
çərçivəsində həyata keçirir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun
işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik
enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir.
Hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülkü
obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-
gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin
yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika
sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-
luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik veriliş
xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə
həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə
yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb
edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması
üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər görür. Artıq
Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar
Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə
elektrik enerjisi ilə təmin olunub.
Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik
enerjisi ilə təmin edilməsi üçün "Azərişıq" ASC Dövlət başçısının müvafiq tapşırıqlarını
ən qısa vaxtda layiqincə yerinə yetirəcək.
Qarabağ Azərbaycandır!

Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır - Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır - Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır - Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır - Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır - Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır -


Etiketlər:  Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır Azərişıq Qarabağda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ