Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''da müdafiəçi qalmadı

''Liverpul''da müdafiəçi qalmadı

Tarix: 19 Noyabr 2020 19:26

"Liverpul"un daha bir futbolçusu zədələnib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ris Uilyams 21 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının düşərgəsində zədələnib. Uilyamsın son durumu tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, son İngiltərə çempionununda digər müdafiəçilər Vircil van Deyk, Fabinyo, Co Qomes, Joel Matip, Trent Aleksander-Arnold və Endi Robertson da zədələnib.

Milli.Az


Etiketlər:  Liverpulda müdafiəçi qalmadı


RƏYLƏR