Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 05:16
Bakı. Trend:
Çexiya parlamentinin deputatlar palarası koronavirusla əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin müddətini dekabrın 12-dək uzadılması barədə qərar qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejiminin uzadılmasının lehinə 56 deputat, əleyhinə isə 42 deputat səs verib.
Qeyd edək ki, hazırkı dövrədək Çexiyada yeni növ koronavirusa 475 284 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 6 740 nəfəri vəfat edib.