Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

Tarix: 20 Noyabr 2020 11:21

Populyar “WhatsApp” messencerində bərkidilmiş video ilə olan mesaj göndərmək daha rahat olacaq. Yeni funksiya barədə “Wabetainfo” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeni funksiyanın mahiyyəti ondan ibarətdir ki, indi istifadəçi videoçarxı həmsöhbətə və ya çata göndərməzdən əvvəl onun səsini ala bilər. Ekranın sol tərəfində videonun müddəti və tutumu haqqında informasiyanın yanında səsə cavabdeh olan dinamik işarəsi olacaq.

 

Hələlik yeni funksiya beta test mərhələsindədir. Ehtimal ki 2020-ci ilin sonunadək yeni funksiya hər kəsə əlçatan olacaq.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp messencerində yeni funksiya istifadəyə veriləcək


RƏYLƏR