Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Torpağımıza qovuşduq” - Ailəsindən iki şəhid verən Mənsum İbrahimov

“Torpağımıza qovuşduq” - Ailəsindən iki şəhid verən Mənsum İbrahimov

Tarix: 20 Noyabr 2020 13:20

Fikirlərimi sözlə ifadə etmək mənim üçün çox çətindir. 30 ildir həsrətini çəkdiyim torpağımıza qovuşduq. Bundan böyük sevinc, xoşbəxtlik ola bilməz.

Sonxeber.net bildirir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov mediapost-a açıqlamasında Ağdam şəhərinin işğaldan azad olunması münasibətilə deyib.

O bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:

"Allah Ali Baş Komandanımızı qorusun. Onun rəhbərliyi ilə bizim Müzəffər ordumuz, qəhrəman, igid oğullarımız sübut etdi ki, Azərbaycan nəyə qadirdir. 200 ildən bəri ancaq torpaq verirdik, bu gün biz tarixi torpağımızı əsgərimizin, Ali Baş Komandanımızın səyi nəticəsində hamısını geri aldıq. Bundan böyük qələbə yoxdur!

Xalqımızın gözü aydın olsun. Qarabağ torpağı bizi bir yumruq kimi birləşdirdi. Arzu edirəm ki, həmişə bir olaq. Birliyin sayəsində torpağımızı qaytardıq. Baxın, görün, mənfur qonşumuzda hansı proseslər gedir - bir-birilərini yeyirlər, qırırlar. Belə də olacaq. Onlar uzun illər özünə gələ bilməyəcək. Nə ordusu qaldı, nə əsgəri qaldı.

Biz peşəkar silahlanmış ordumuz sayəsində torpağı geri aldıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ailəmiz iki şəhid verib, qardaşım oğlu Xüsusi Təyinatlı Qoşunlarda idi, biri də xalam nəvəsi idi. Onlar ölməyib, xalqımızın qəhrəmanlarıdır. Böyük bir sevinc, həyəcan yaşayıram. Allah sevinci bizə çox görməsin, həmişə gözlərimiz sevincdən yaşarsın!"


Etiketlər:  Torpağımıza qovuşduq Ailəsindən şəhid verən Mənsum İbrahimov


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ