Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Böyük bir arzum var idi ki, görəsən Ağdamı görəcəyəm?!'' - Arif Babayev

''Böyük bir arzum var idi ki, görəsən Ağdamı görəcəyəm?!'' - Arif Babayev

Tarix: 20 Noyabr 2020 16:44

"30 ilə yaxın idi həsrət idik Ağdama". 

Bunu Sonxeber.net-a açıqlamasında Xalq artisti, xanəndə Arif Babayev deyib.

Ağdam muğam məktəbinin yetirməsi olan 82 yaşlı Xalq artisti bildirib ki, sevincimin həddi-hüdudu yoxdur:

"Ağdamın işğaldan azad olunması, bu, tarixdir. Bütün qarabağlılar hamısı indi sevinc içindədirlər. Çox böyük iş görüldü. Allah bu Ordumuza qüvvət, yaralılara şəfa versin, Prezidentimizin də canı sağ olsun ki, hərbi paltarı geyinib durub camaatın arasında.

Böyük iş gördülər. Mənim sevincimin həddi-hüdudu yoxdur. Böyük bir arzum var idi ki, görəsən Ağdamı görəcəyəm?! Allaha şükür ki, bu arzuma da çatdım". 

Xatırladaq ki, sentyabrın sonlarında (II Qarabağ savaşının başladığı tarix ərəfəsində) Xalq artisti Arif Babayev insult keçirib. 

Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə bu gün (20 noyabr) Ağdam rayonu Azərbaycan silahlı qüvvələrinə təhvil verildi və Ağdam rayonu Azərbaycanın nəzarətinə keçdi.

Təhməz Əsədov


Etiketlər:  Böyük arzum görəsən Ağdamı görəcəyəm Arif Babayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ