Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil - DİN

Avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil - DİN

Tarix: 20 Noyabr 2020 19:42

Bakı. Trend:

Avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd edilib ki, avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 21 noyabr saat 00-dan etibarən açıq havada da tibbi maskadan istifadə məcburi olacaq.


Etiketlər:  Avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil DİN


RƏYLƏR