Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Havanın yağıntılı keçməsi payızlıq əkinlər üçün əlverişlidir - Nazirlik

Havanın yağıntılı keçməsi payızlıq əkinlər üçün əlverişlidir - Nazirlik

Tarix: 23 Noyabr 2020 09:44

Bakı. Samir Əli - Trend:

Son günlər havanın yağıntılı keçməsi kənd təsərrüfatında payızlıq əkinlər üçün əlverişlidir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov deyib.

O bildirib ki, payızlıq əkindən sonra yağıntıların çox olması toxumun inkişafını sürətləndirir:

"Azərbaycanda hazırda bir milyon hektardan çox payızlıq əkin həyata keçirilməkdədir. Payızlıq əkinin inkişafı üçün isə yağış vacibdir. Artıq ölkədə 600 min hektara yaxın taxıl əkilib. Əkilən sahələr yağışla suvarıldı. Bu da bu il məhsuldarlığın bol olacağına zəmin yaradır".


Etiketlər:  Havanın yağıntılı keçməsi payızlıq əkinlər üçün əlverişlidir Nazirlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ