Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır

Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır

Tarix: 23 Noyabr 2020 19:10

Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib. Lakin həmin şəxs yaşayış yerini tərk edərək, vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


Etiketlər:  Yaşayış yerini tərk edən COVİD xəstəsi barədə araşdırma aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ