Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anamı dəfn etdik, 3 gün sonra Ağdam işğal olundu''

''Anamı dəfn etdik, 3 gün sonra Ağdam işğal olundu''

Tarix: 23 Noyabr 2020 20:30

"1993-cü ildə anam dünyasını dəyişdi. Anamın 3-ü günü Ağdam işğal edildi. Onun qəbrinin üstünü götüzdürə bilmədik. Gedib məzarı necə olur-olsun tapacam. Deyəcəm, ana, gözün aydın olsun, rahat yat, Ağdam bizə qayıtdı".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Elgizlə izlə" proqramında deyib. Aktrisa Ağdamdan köçməsindən və xatirələrindən danışıb:

"Anamı oradan çıxara bilmirdik, deyirdi ki, evimdə Quran var, erməni bura girə bilməz. Öz evində də öldü. Uzundərəyə girəndə Qədir Rüstəmovun "Sona bülbüllər"ini səsləndirəcəm. Ağdama Qədirlə daxil olacam, çünki sən, Ağdamsız öldün.

Hamı deyir, Ağdamdan çıxanda evin açarını götürdüm. Mən götürmədim, çünki evimin qapısı yox idi. Qrat atıldı, evim darmadağın oldu".


Etiketlər:  Anamı dəfn etdik gün sonra Ağdam işğal olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ