Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 22:15
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iordaniyalı həmkarı Ayman Safadi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Sergey Lavrov həmkarına Rusiyanın noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün apardığı vasitəçilik səyləri barədə məlumat verib. İordaniyalı nazir Rusiyanın atəşkəs və uzunmüddətli nizamlanmaya keçid üçün şəraitin yaradılmasında həlledici rolunu yüksək qiymətləndirib".