Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' ilə oyunun əvvəlində ''yatmışdıq'' - ukraynalı məşqçi

''Qəbələ'' ilə oyunun əvvəlində ''yatmışdıq'' - ukraynalı məşqçi

Tarix: 8 Iyul 2019 13:08

"Dünənki rəqib səviyyəli komanda idi. "Qəbələ" də bizim kimi Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşır".

Qol.az xəbər verir ki, bu sözləri Ukrayna "Mariupol"unun baş məşqçisi Aleksandr Babiç klubun rəsmi saytına açıqlamasında deyib. Dünən Boluda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışan 40 yaşlı mütəxəssis uşaq səhvlərindən qollar buraxdıqlarını bildirib:

"Onlar oyuna daha yaxşı başladılar. İlk 15 dəqiqədə biz "yatmışdıq". Ona görə də uşaq səhvlərindən 2 qol buraxdıq. Yalnız bundan sonra oynamağa başladıq. Ümumilikdə, oyunun keyfiyyətindən razı qaldım. Təkrar edirəm, ilk dəqiqələr istisnadır. Topa nəzarət etdik və müdafiədə əla oynadıq. Səhvsiz futbol olmur. Həmin səhvləri təhlil edəcəyik. Elə toplanışlar da çatışmazlıqları görmək üçündür. Son yoxlama oyunu kifayət qədər faydalı oldu. Belə matçların daha çox olmasını istərdik".

Qeyd edək ki, "Qəbələ" Türkiyədəki ikinci yoxlama oyununu iyulun 11-də digər Ukrayna klubu "Vorskla"ya qarşı keçirəcək.

 


Etiketlər:  Qəbələ ilə oyunun əvvəlində yatmışdıq ukraynalı məşqçi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ