Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib

Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib

Tarix: 24 Noyabr 2020 05:12

Bakı. Trend:

ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Donald Tramp özünün "Twitter" hesabında yazıb.

ABŞ prezidenti bildirib: "Emili və komandasına ilkin protokollarla bağlı zəruri olan işləri görməyi tövsiyə edirəm. Mən öz komandama da eyni şeyləri etməyi dedim".

Eyni zamanda, D.Tramp seçkilərdə məğlub olduğunu etiraf etməyərək, məhkəmə çəkişmələrini davam etdirmək niyyətində olduğunu və qələbəsinə inandığını vurğulayıb: "Bizim işimiz qətiyyətlə davam edir, biz mübarizəni davam etdirəcəyik və mən inanıram ki, biz qələbə qazanacağıq".


Etiketlər:  Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ