Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 07:57
BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti Dağlıq Qarabağda xüsusi missiyasının yerləşdirilməsi üçün dekabr ayının əvvəlində burada lazımi yardımın qiymətləndirilməsinə başlamağı planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a BMT-nin Sülhməramlı Əməliyyatları Departamentinin rəsmi nümayəndəsi bildirib.
Rəsmi nümayəndə deyib: "BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti tərəflərin istəyi və BMT-nin digər bölmələri, yerdəki ölkə nümayəndələri ilə koordinasiyada təcili olaraq Dağlıq Qarabağda missiyanın yerləşdirilməsi üzərində işləyir. Ehtimal ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq".