Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 09:32
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə Azərbaycan kapitalı olan 116 şirkət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 şirkət azdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.
Məlumatda bildirilir ki, 2020-ci ilin 10 ayı ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 23,131 milyon türk lirəsi olduğu halda, 2019-cu ilin eyni dövründə bu rəqəm 24,475 milyon türk lirəsi təşkil edib.
Qeyd edilib ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 15,469 milyon türk lirəsi olan İstanbulda (98 şirkət) qeydiyyata alınıb.
2019-cu ilin yanvar-oktya aylarında Türkiyədə 14 sənaye, 3 tikinti, topdan və pərakəndə ticarətdə 56 şirkət, 8 turizm şirkəti və 4 daşınmaz əmlak satışı şirkəti şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.