Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 09:50
Bakı. Samir Əli - Trend:
Azərbaycan əsgəri bir daha səngərdən üzüyuxarı baxmamalıdır.
Azərbaycan əsgəri daim dağın üstündə, zirvələrdə oturmalıdır. Trend-in məlumatına görə, bunu noyabrın 23-də işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olan polkovnik Babək Səmidli ölümündən əvvəl döyüş qabağı əsgərləri qarşısında çıxış edərkən deyib.
Şəhid polkovnik bildirib ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib: "30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".
Şəhid polkovnik bildirib ki, Azərbaycan əhalisi əsgərinə və ordusuna güvənir: "Mən şəxsən qadın tanıyıram ki, cehizlik yorğan və adyalını əsgər üçün göndərib. Belə bir xalqın üzünə necə baxa bilərik? Odur ki, bizə dəmir nizam-intizam, komandirlərin tapşırıqlarını yerinə yetirmək və təlim-məşqlərə yüksək səviyyədə hazırlaşmaq qalır. Hücum tapşırığı gələn kimi Azərbaycan əsgəri şığıyaraq qalan düşməni də məhv etməlidir. O müqəddəs torpaqlarda donuzlar gəzməli deyil, Azərbaycan vətəndaşları yaşamalı, dağıdılmış məscidlərdən azan səsi yüksəlməlidir. Bizim qarşımızda başqa heç bir məqsəd qoyulmayıb. Rayonlarımız işğaldan azad edilib, çox az sayda şəhid vermişik. Lazım olsa yenə şəhid verməliyik. Heç kim başqa nəsə düşünməməlidir".