Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 11:28
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 46,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 45,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 45,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,5 dollar/barel çoxdur.