Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 14:20
Bakı. Trend:
Ağdamın Gülablı kəndi Azərbaycana təhvil verilərəkən burada məskunlaşan ermənilər əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət edirlər.
Trend-in məlumatına görə, yüksək insanvərvərlik, humanistlik nümayiş etdirən hərbçilərimiz onlara yardım edir. Əşyalarını, mal-qaranı toplayıb kəndi tərk etməyə imkan yaradır.
Bu bir daha onu göstərir ki, Azərbaycan ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.
Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.