Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 17:03
Ermənilər tərəfindən adları dəyişdirilən ərazilərimizin tarixi adları virtual ensiklopediyada bərpa olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova deyib.
Onun sözlərinə görə, mənfur düşmənin "Vikipediya"da "Şuşi" kimi tanıtmağa çalışdığı qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin öz tarixi adı qaytarılıb.
İ.Ələkbərova əlavə edib ki, erməni əsilli "Vikipediya" istifadəçiləri və onların havadarları uzun zamandır dünya ictimaiyyətini əsassız, yalan məlumatlarla aldatmağa çalışırlar. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağında olan yaşayış məntəqələrimizi, yüksəkliklərimizi azad etdikcə informasiya cəbhəsində vuruşan viki-könüllülərimiz də onlayn ensiklopediyada işğaldan azad olunmuş Azərbaycan torpaqlarının tarixi-coğrafi adlarının bərpa oluunması, eləcə də dünya ictimaiyyətinə düzgün şəkildə tanıdılması istiqamətində fəal iş aparıblar.