Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3469 nəfər COVID-19-a yoluxdu, 1229 nəfər sağaldı

3469 nəfər COVID-19-a yoluxdu, 1229 nəfər sağaldı

Tarix: 25 Noyabr 2020 18:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb.

Milli.Az


Etiketlər:  3469 nəfər COVID yoluxdu 1229 nəfər sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ