Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır

Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır

Tarix: 26 Noyabr 2020 07:08

Bakı. Trend:

Almaniyada əvvəlcə noyabr ayının sonuna qədər qüvvədə olan qismən karantin rejimi uzadılır və məhdudiyyətləri ləğv etmək hələ tezdir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu 16 federal əyalət başçıları ilə danışıqlardan sonra Almaniyanın kansleri Angela Merkel bildirib.

"28 oktyabrda qəbul edilən tədbirlərə dair qərar qüvvədə qalır. Hələlik 20 dekabr tarixinə qədər. Ancaq çox sayda infeksiya səbəbindən tədbirlərin yanvar ayının əvvəlinə qədər saxlanılması fikri ilə razıyıq", - kansler deyib.

Bildirilir ki, milad tətilləri üçün güzəştlər ehtimal edilir.

Hazırda ölkədə restoran, bar və digər qida müəssisələri bağlanıb, yemək və içkilərin yalnız çatdırılma ilə satılmasına icazə verilir. Fitness klubları, üzgüçülük hovuzları, gözəllik və masaj studiyaları, teatrlar, kinoteatrlar və konsert salonları fəaliyyətini dayandırıb. Belə rejim Almaniyada qismən karantin adlanır, çünki məktəblər və uşaq bağçaları, eləcə də ticarət mərkəzləri fəaliyyət göstərir.


Etiketlər:  Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ