Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Messi özünə hörmət etməlidir” - Tite

“Messi özünə hörmət etməlidir” -  Tite

Tarix: 8 Iyul 2019 18:56

Braziliya millisinin baş məşqçisi Tite Argentina seçməsinin kapitanı Lionel Messini tənqid edib.

Qol.az-ın “goal”a istinadən yaydığı xəbərə görə, 32 yaşlı superulduzun Amerika kubokunda Çili ilə 3-cülük oyunundan sonra hakimliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən mütəxəssis Braziliyanın təmiz qələbə qazandığını söyləyib:

“Unikal və yadplanetli hesab etdiyim oyunçu özünə hörmət etməli və məğlubiyyəti qəbul etməlidir. Biz də bir neçə matçda hakimlikdən əziyyət çəkdik. Argentinaya qarşı təmiz oynadıq. Mən son dərəcə açıqsözlü insanam. Messi şöhrətinə görə güclü təzyiq altındadır. Meydandan qovulması ədalətsizlik idi. Çünki orada günahkar Medel idi. Messiyə ən pis halda sarı vərəqə göstərilməliydi”.

Çili ilə matçın 37-ci dəqiqəsində meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini, hakimlərin Braziliyaya kömək etdiyini söyləmişdi.

Qeyd edək ki, Argentina yarımfinalda Braziliyaya 0:2 hesabı ilə uduzmuşdu.

 


Etiketlər:  Messi özünə hörmət etməlidir Tite


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ