Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 10:03
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin istehkamçıları Xankəndindəki bütün orta məktəbləri minalardan təmizləyiblər.
Sonxeber.net xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov "Rusiya-24" telekanalında canlı efirdə bildirdi.
Rus generalının sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Xankəndindəki və digər yaşayış məntəqələrindəki bütün təhsil və uşaq müəssisələrini minalayıblar.
Qeyd edək ki, Azərbaycan mediası dəfələrlə erməni tərəfinin hərbi qərargahlarını və silah anbarlarını uşaq bağçaları və xəstəxanalar kimi mülki obyektlərdə yerləşdirdiyini yazıb.