Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 13:56
Bakı. Trend:
Türkiyədə bu gün reallaşdırılan müdafiə təyinatlı layihələrin sayı 700-ü keçib.
Trend-in məlumatına görə, bunu ölkənin vitse-prezidenti Fuat Oktay deyib.
Onun sözlərinə görə, 2019-cu ildə Türkiyənin müdafiə sənayesinin ticarət dövriyyəsi 11 milyard dollara yaxın olub, müdafiə məhsullarının ixracı isə 3 milyard dollara çatıb:
““Atak” helikopterlərinin, “Bayraktar TB2” və “Anka” pilotsuz uçuş aparatlarının istehsalı tam gücü ilə davam edir. Bundan başqa, “Gökbey” helikopterinin və “Akıncı” PUA-larının sınaqları keçirilir”.
Vitse-prezident əlavə edib ki, 2021-ci ildən “Akıncı”, “Akya”, “Karaok” və “Atmaca” layihələri çərçivəsində sifarişçilərə tədarüklər başlayacaq.
Bundan başqa, ilk yerli “Göktuğ” hava-hava tipli raket sınaqdan keçirilir.