Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 23:30
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədi ilə növbəti monitorinqini Şəkidə keçirib.
Reydlərdə Şəki Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər. Aparılan yoxlanış tədbirləri nəticəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, yol kənarlarında quraşdırılmış kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
AQTA tərəfindən aidiyyəti qurumlarla birgə qanunvericiliyin tələblərinə uyğun olaraq heyvan kəsiminin tənzimlənməsi ilə əlaqədar monitorinqlər bundan sonra da davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin