Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir

Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir

Tarix: 27 Noyabr 2020 15:42

Bakı. Ceyhun ƏIəkəbor - Trend:

Bildiyimiz kimi karantin dövründə əhalinin çox faizi demək olar ki, bütün işlərini evdən görür. Kökəlməyə səbəb ilk öncə budur. Belə ki, evdə qalan insanın gündəlik hərəkətləri azalır və bədən normalda fiziki aktivlikdən uzaq olur ki, bu da öz növbəsində piylənməyə gətirib çıxarır.

Bunu Trend-ə açıqlamasında qida üzrə mütəxəssis, dietoloq Könül Qurbanova bildirib.

Onun sözlərinə görə, bu dövrdə piylənməyə daha çox meyilli qadınlar olur: “Əhali arasında bəzi hallarda belə fikirlər səslənir ki, nə qədər çox qida qəbul etsək, o qədər immunitet güclənər və virus bizdən uzaq olar. Hətta elə adamlar da var ki, qida mütəxəssislərindən məsləhətlər almadan daha çox xəmir xörəklərinə üstünlük verirlər. Ancaq insanlarımız başa düşməlidilər ki, evdə oturaraq ancaq qida qəbul etmək özü piylənmə xəstəliyinə gətirib çıxara bilər. Əgər biz immunitetin güclənməyini istəyiriksə, ilk növbədə düzgün qidalanmalı və evdə də belə olsaq fiziki aktivlik göstərməliyik”.

K.Qurbanovan qeyd edib ki, karantin dövründə evdə qalan insalar normal həyat tərzindən uzaq düşür və yatıb-durma vaxtına da düzgün riayət etmir:

“Çoxlu sayda kalorili yeməklər qəbul edən insanın gec yatıb, gec durması da piylənmənin sürətini artırır. Gec yuxudan oyanan insanın rejimsiz qidalanmağı daxili orqanlarda fəsadlar yarada bilər. Daxili orqanlarında fəsadları olan şəxsin koronavirusa qarşı mübarizəsi də öz növbəsində çətinləşir. Rejimli yuxu yatıb, fiziki hərəkətlər edib, aktiv həyat sürsələr, onlar nəyin ki koronavirusa, dünyada olan bütün xəstəliklərə qalib gələ bilərlər”.


Etiketlər:  Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə aça bilər Mütəxəssis xəbərdarlıq edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ