Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA

Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA

Tarix: 27 Noyabr 2020 17:16

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 28 noyabr saat 00:00-dan 30 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.


Etiketlər:  Şənbə bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ