Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 17:56
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı və açıq ictimai məkanlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən, karantin rejiminin tələblərinə biganə yanaşan şəxslərə qarşı reyd keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, reyddə bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb.
Polis əməkdaşları vətəndaşlara özlərinin və digərlərinin sağlamlığı üçün mütləq şəkildə tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər.
Karantin rejiminin qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.