Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 18:18
2020-ci il qətiliklə bütün dünya üçün çox çətin ildir və futbol da istisna deyil.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib.
Ali futbol qurumunun rəhbəri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına hazırlığın yüksək səviyyədə görüldüyünü söyləyib: "Bütün çətinliklərə baxmayaraq, son bir neçə ayda Qətərdə unudulmaz dünya çempionatının hazırlığında davamlı irəliləyiş gördük. Bu irəliləyiş Qətər əmirinin rəhbərliyi altında əldə edilib. Bir neçə həftə əvvəl Dohaya qısa səfərim zamanı hazırlıqların nə qədər yaxşı getdiyini şəxsən gördüm. Mundialı səbirsizliklə gözləyirəm. Dünyanın hər yerindən gələn azarkeşlər burada misilsiz duyğular alacaq və əlbəttə ki, bu, tarixin ən yaxşı dünya çempionatı olacaq".
Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabr tarixlərində keçiriləcək.