Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nərmin Bayramova və Alina Gezalova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər

Nərmin Bayramova və Alina Gezalova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər

Tarix: 27 Noyabr 2020 20:40

Azərbaycan gimnastları Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə keçirilən bədii gimnastika üzrə 36-cı Avropa çempionatının finalına yüksəliblər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu gün yarışma çərçivəsində onlar "gənclər" yaş kateqoriyasında fərdi proqramda gürzlər və lent ilə hərəkətlərdə çıxış ediblər.

Yarışmanın yekunu olaraq Nərmin Bayramova 20.675 xal toplayaraq lentlə hərəkət üzrə Avropa çempionatının final mərhələsinə çıxıb. Alina Gözəlova 22.000 xal toplayaraq gürzlərlə hərəkətlərdə çempionatın finalına yüksəlib.

İlona Zeynalovanın bugünkü nəticəsi: gürzlərlə hərəkətlərdə - 20.700, lentlə hərəkətlərdə - 18.200 xal.

Xatırladaq ki, dünənki təsnifat mərhələsinin yekunlarına əsasən Alina Gözəlova topla, Nərmin Bayramova iplə hərəkətlərdə çempionatın finalına çıxdı.

Bədii gimnastika üzrə Avropa Çempionatı 26-29 noyabr tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Azərbaycanı çempionatda 11 gimnastımız təmsil edir.

Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

Bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 23 ölkədən olan idmançılar iştirak edirlər.


Etiketlər:  Nərmin Bayramova Alina Gezalova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ