Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 08:32
Misirin "Əl-Əhli" futbol klubu Afrika Çempionlar Liqasının qalibi olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qahirə beynəlxalq stadionunda keçirilən final oyununda Misirin "Zamalek" və "Əl-Əhli" komandaları üz-üzə gəliblər.
Həlledici görüş "Əl-Əhli" komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, klub tarixində doqquzuncu dəfə bu turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, Qahirə təmsilçisi turnir tarixində qələbələrin sayına görə rekorda imza atıb.