Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 11:28
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 27-də 48,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 48,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 47,03 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.