Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yüngül forması da ürəyi zədələyə bilər

Koronavirusun yüngül forması da ürəyi zədələyə bilər

Tarix: 28 Noyabr 2020 19:45

Koronavirusun bir çox orqanları, o cümlədən ürək-damar sistemini zədələdiyi məlumdur. COVİD-19-un ağırlaşması bir çox orqanlar, o cümlədən ürəkdə fəsadlara səbəb olur. Koronavirusla bağlı risk qrupuna həm də ürək-damar problemi olanlar daxildir.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, COVİD-19-un ürəyə təsiri barədə daha bir araşdırma aparılıb. Qərbi Virciniya Universitetinin alimlərinin araşdırmasına görə, koronavirus ürəyə çox ciddi təsir edir. Alimlər tədqiqat zamanı virusa yoluxaraq xəstəliyini yüngül, əlamətsiz keçirən 54 idmançı gənci izləyiblər. Onlar kardioloji müayinədən keçiriliblər.

Virusa yoluxmuş gənclərin 1/3-dən çoxunun ürəyində müəyyən problemlər qeydə alınıb. Belə ki, perikardda iltihab, ürək kisəsində çox maye yığıldığı müşahidə edilib. Amma ürək əzələsində hər hansı problem müşahidə olunmayıb.

Məlum olub ki, xəstəliyi ağır keçirənlərdə ürək damarlarında  tromb və iltihab prosesi güclənə, xəstəliyi çox yüngül, əlamətsiz keçirən gənclərdə isə ürəkdə iltihablanma inkişaf edə bilər.

Qeyd edək ki, tədqiqatın nəticəsi barədə məqalə "Journal of the American College of Cardiology"da çap olunub.


Etiketlər:  Koronavirusun yüngül forması ürəyi zədələyə bilər


RƏYLƏR