Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb

Tarix: 28 Noyabr 2020 20:20

Bakı. Cani Babayeva -Trend:

Ukraynanaın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə 36-cı Avropa çempionatında Azərbaycan milli komanası qrup hərəkətlərdə 3 halqa və 2 gürz proqramında üçüncü yeri tutub.

Trend-in məlumatına görə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yeizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət komanda hakimlərdən 30.650 xal alaraq bürünc medal qazanıb.

Birinci yeri isə 31.150 xalla Türkiyə, ikinci yeri 31.150 xalla Ukrayna komandaları tutub.

Noyabrın 28-də yarışların üçüncü günündə Avropa çempionatı qrup hərəkətlərdə fina yarışları keçirilib. 5 topla hərəkətlərdə Azərbaycan komandası 31.450 xalla 4-cü yerdə qərarlaşıb.

Yarışların ikinci günündə isə Azərbaycan qrup hərəkətlər üzrə komandası çoxnövşülükdə ikinci olmuş, komanda hesabında milli komandamız üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, bədii gimnastika üzrə 36-cı Avropa çempionatı noyabrın 26-dan 29-dək Kiyevdə davam edir.


Etiketlər:  Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ